26 fevral 2015 - 03:19
Netanyahu: Qərb dövlətləri Tehranın qarşını almaqda acizdir

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Qərbin İranın nüvə proqramı ilə bağlı siyasətini tənqid edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,  Benyamin Netanyahu Qərbin İranın nüvə proqramı ilə bağlı siyasətini tənqid edib

Tərəfdarları qarşısında çıxış edən Netanyahu bildirib ki, başda ABŞ olmaqla Qərb dövlətləri Tehranın qarşını almaqda acizdir.

"ABŞ və digər dövlətlər artıq İranın nüvə silahını əldə etməsinə mane olmaq istəmir", - deyən İsrailin Baş naziri, ölkəsinin bu proseslərə biganə qalmayacağını vurğulayıb.

Ağ Evin bu tənqidə reaksiyası da gecikməyib. ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib ki, BNetanyahu İranla "altılıq" ölkələri arasında aparılan nüvə proqramı üzrə danışıqlar barəsində düzgün məlumata sahib deyil və bu səbəbdən də əsassız ittihamlarla çıxış edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər