Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kanada hüquq-mühafizə orqanları Somalinin "Əş-Şabab" terror qruplaşmasının West Edmonton Mal ticarət mərkəzində terror aktı törətmək hədəsindən ciddi narahat olub.
Bu barədə Edmonton şəhərinin də tərkibinə daxil olduğu Albert əyalətinin polisindən bildiriblər.
Polisin bəyanatında "Əş-Şabab" terror qruplaşması üzvünün Kanada, ABŞ və Böyük Britaniyada iri ticarət mərkəzlərində mümkün terror aktlarından bəhs etdiyi videoyazının mütəxəssislər tərəfindən araşdırıldığı bildirilir
"Hazırda araşdırma aparılır. Lakin hələlik Kanada vətəndaşlarının həyatına təhlükə olduğu barədə informasiyaya malik deyilik", - polisdən bildiriblər.
Edmonton Albert vilayətində ikinci böyük şəhərdir. Burada 800 mindən artıq adam yaşayır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır