Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Libiya Təhlükəsizlik mənbələrinin və xəstəxana işçilərinin bildirdiyinə görə, Liviyanın şərqində yerləşən Qubbə şəhərində üç partlayış hadisəsi qeydə alınıb.
Terror aktı Dernə əyalətinin Qubbə şəhərinin Burqə məntəqəsində yerləşən Libiya Təhlükəsizlik Nazirliyinin binası və Libiya parlamentinin sədri Əqilə Salehin mənzili yaxınlığında baş verib.
Adnormal sələfi yaraqlıları üç ədəd maşına yerləşdirdikləri partlayıcı maddələri partladmaqla həyata keçiriblər.
Hadisədə onlarla günahsız insan yaralanıb, ölənlərin sayı isə 45 nəfəri keçmək üzrədir.
Libiya parlamentinin sədri Əqilə Saleh açıqlama verərək bildirib: “Qubbə şəhərinin qurbanları üçün 3 gün ümumi əza matəm olunacaq...”
Qeyd edək ki, Libiyanın Derna əyaləti Libiya “İŞİD” terrorçularının mərkəzidir. Bir neçə gün öncə Misir höküməti sələfilərin 21 Qibti xristianlarının faciəvi sürətdə edam etməsinə cavab olaraq, terrorçuların Derna əyalətindəki yuvalarını bombaran etmişdir.






Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır