Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Cenevrə şəhəri sabah əhatəli nüvə həll yolu barədə İran və Amerikanın diplomatiya idarələri başçılarının müavinləri, sonra isə başçıları səviyyəsində məsləhətləşmələrinə ev sahibliyi edəcək və ehtimal üzrə bazar günü də elə həmin şəhərdə müavinlər səviyyəsində İran-Altılıq iclası keçirilmiş olsun.
Səhər Beynəlxalq Telekanalının məlumatına görə, əhatəli nüvə həll yolu barədə İran və Amerika arasındakı məsləhətləşmələrin davamında sabah hər iki ölkənin diplomatiya idarələri başçılarının müavinləri görüşəcəklər. Buna əsasən, qərar üzrə İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançı ABŞ dövlət katibinin müavini və bu ölkənin altılıq qrupundakı nümayəndəsi Vendi Şermənlə görüşməlidirlər və ondan sonra iki ölkənin diplomatiya idarələri başçıları məşvərət etmək üçün müzakirə masası arxasına keçəcəklər. İran xarici işlər nazirinin müavini və İranın nüvə müzakirələri üzrə baş üzvü Seyid Abbas İraqçı Fars Xəbər Agentliyinin müxbiri ilə müsahibədə bu xəbəri verərək, deyib: Cümə və şənbə günləri İran və Amerikanın diplomatiya idarələri başçılarının müavinləri Avropa Birliinin xarici siyasət üzrə məsul şəxsi Federika Muqrinin müavini Helq Şmidtin iştirakı ilə məşvərəti keçiriləcək və bazar və bazar ertəsi günləri də İran və Amerikanın diplomatiya idarələrinin başçıları Cenevrədə görüşəcəklər. ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Vendi Şermən bu məqsədlə Cenevrəyə yola düşüb və İraqçı və İranın nüvə müzakirə heyəti də sabah səhər tezdən bu məqsədlə Cenevrəyə yollanacaqlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır