Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanma dövlətinin və azğın buddist qruplaşmalrın cinayətlərindən, soyqırımlarından amanda qalmaq məqsədi ilə, məcburi sürətdə qaçqın vəziyyətinə düşərək Banqladeşə pənah gətirən və Banqladeş höküməti tərəfindən qaçqınlar üçün ümumi yaşayış düşərgələrində sığınacaq tapan Myanma Müsəlmanları növəti dəfə Banqladeşdə sərgərdan vəziyyətə düşüblər.
Belə ki, Banqladeş höküməti qaçqınlar düşərgəsinin turizim məntəqəsində yerləşdiyini bəhanə gətirərək, Myanma Müsəlman qaçqınlarından məntəqəni tərk etməklərini tələb edib.
Verilən məlumatlara görə, 37, 000 nəfər Myanma Müsəlman qaçqını Banqladeşin Sukes məntəqəsində yerləşdirilmişdir. Lakin bu günlərdə Sukes İcra Aparatının katibi bildirib ki, ölkə rəhbərliyi Sukes məntəqəsini turizim məntəqəsi elan edib.
Qeyd edək ki, 2012-ci ilin ilk aylarından bu günə kimi Myanma Müsəlmanlarına qarş olunan cinayət qurbanları haqqda əldə dəqiq statistika mövcud deyil. Lakin qeyri rəsmi məlumatlara görə, 1000-dən artıq Müsəlman dövlət orqanları və buddistlər tərəfindən soyqırıma məruz qalaraq kütləvi bastırılıb, 300,000-dən artıq insan isə öz yurd-yuvalarından didərgin salınaraq qaçqın həyatı sürməyə vadar olunub və 40 min Müsəlman fəalı rəsmi dövlət qrumları tərəfindən müxtəlif bəhanələr ilə, həbs edilərək zindanlara salınıb...
Xatırladaq ki, Myanmada təqribən 800 min Müsəlman yaşayır. Onlar əsasən ölkənin qərbində yaşayırlar.
Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində təqribən 90 min Müsəlman evsiz-eşiksiz qalıb.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.
İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu 2013-cü ildə deyib: Ötən 30 ildə Ruhinqa müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır