Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Milli Ordusunun və yerli xalq kütləsindən ibarət Könüllü Dəstələrinin gün bə gün döyüş bölgələrində əldə etdikləri qələbələri nəticəsində İraqın şimal məntəqələrində kök salmış terrorçu dəstələr geriyə qaçmaq məcburiyyəti ilə üzləşməli olublar.
Bu haqda məlumat verən İraqın Cuğeyfi tayfasından ibarət Könüllü Dəstənin komandiri Xudeyr Culeyfi bildirib: “İraq Milli Ordusunun və bizim döyüşçülərdən ibarət Könüllü Dəstəmizin Rimadi şəhərinin ətrafında yaraqlılar ilə döyüşdə gün bə gün qələbələr əldə etdiyimiz nəticəsində Rimadinin Qərb bölgəsi tamami ilə terrorçulardan təmizlənib.”
İraqın böyük tayfalarından biri olan Cuğeyfi qəbiləsinin komandiri daha sonra bildirib: “İraq Milli Ordusu Hiyt məntəqəsi və onun ətrafında yerləşən kəndlərə yaxınlaşdıqca onlarla təkfirçinin fərar etdiklərinin şahidi olduq. Ordu Qüvvələrinin sürətlə irəliləmələri və terrorçu ünsürlərin qoyub qaçmaqları səbəb oldu ki, İqsiriyyat adası tamami ilə, vəhhabi terrorçularından təmizlənsin. Sələfi ünsürləri fərar etdikləri zaman xeyli miqdarda ağır və yüngül silahlar yerdə qoyaraq qaçmışdırlar. Onların fərar etmələri nəticəsində İraq Milli Ordusu və Könüllü Dəstələr xeyli sayda qənimət ələ gətirə bilib.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır