Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Birləşmiş Ştatlar hakimiyyəti insan haqlarının pozulması və korrupsiyada ittiham etdiyi bir sıra Venesuela məmuruna qarşı viza məhdudiyyəti tətbiq edib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, bu addım açıq-aydın göstərir ki, ABŞ-ın qapıları insan haqlarını pozanlar, korrupsiyaya bulaşmış məmurlar və onların qohumlarının üzünə bağlıdır.
Venesuela prezidenti Nikolas Maduro buna cavab olaraq bildirib ki, Karakas Vaşinqtonun "həyasız imperialist sanksiyalarını" qəbul etmir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
3 fevral 2015 - 02:50
Xəbər kodu: 668904
Birləşmiş Ştatlar hakimiyyəti insan haqlarının pozulması və korrupsiyada ittiham etdiyi bir sıra Venesuela məmuruna qarşı viza məhdudiyyəti tətbiq edib.