31 yanvar 2015 - 12:26
ABŞ prezidentləri 20 ildir klonlaşdırılır

Növbəti iddianın sahibi İranın yüksək rütbəli rəsmisidir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidentlərinin “insan olmadığına” dair irəli sürülən iddialara daha biri əlavə olunub

Növbəti iddianın sahibi İranın yüksək rütbəli rəsmisidir.

İranın müdafiə naziri Hüseyn Dehqan qatıldığı bir televiziya proqramında ABŞ prezidenti Barak Obamanın insan olmadığına dair əllərində dəlillərin olduğunu deyib. “Kəşfiyyat xidmətlərimizin əlində ABŞ prezidentlərinin 20 ildir ki, klonlaşdırıldığı barədə dəqiq məlumatlar var. Obamanın da elm insanları tərəfindən klonlaşdırıldığını bilirik”, - Hüseyn Dehqan deyib.

Bundan əvvəl isə şimali koreyalı səlahiyyətlilər ABŞ prezidentlərinin insan olmadığını iddia etmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır            

Etiketlər