30 yanvar 2015 - 04:26
Əfqanıstanda 3 ABŞ hərbçisi həlak olub

Müqavilə əsasında xidmət çəkən 3 Amerika hərbçisi Kabil hava limanına hücum nəticəsində qətlə yetirilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ​Əfqanıstanda 3 ABŞ hərbçisi həlak olub

Müqavilə əsasında xidmət çəkən 3 Amerika hərbçisi Kabil hava limanına hücum nəticəsində qətlə yetirilib.

Bu barədə Amerika və əfqan hərbi məmurları məlumat veriblər.

İlkin məlumatlara görə, onları əfqan əsgər güllələyib. İnsident araşdırılır.

Bundan əvvəl, Əfqanıstan hakimiyyəti yaraqlıların Laqman əyalətinə hücum etməsi nəticəsində 16 nəfərin qətlə yetirildiyi barədə məlumat yayıb. Onlardan 12 nəfəri dəfn mərasimi zamanı kamikadzenin hücum etməsi, digər dörd nəfər isə ondan əvvəl baş verən partlayış nəticəsində dünyalarını dəyişmişdilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər