Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Müsəlman Tələbələrin beşinci Beynəlxalq Quran müsabiqəsinin bağlanış mərasimində çıxış edən Əli Laricani bəzi müsəlman dövlətlərin Qərbin təsirində olmasından təəssüfləndiyini bildirib
“Bəzi dövlətlər Qərbin sözü ilə hərəkət edir və öz neftini ucuz sataraq, o pulla silah alır. İnsan bunu görəndə utanır”.
Bu açıqlama ilə İran parlamentinin spikeri Əli Laricani çıxış edib. Müsəlman Tələbələrin beşinci Beynəlxalq Quran müsabiqəsinin bağlanış mərasimində çıxış edən Əli Laricani bəzi müsəlman dövlətlərin Qərbin təsirində olmasından təəssüfləndiyini bildirib:
“Bəzi müsəlman dövlətlər Qərbin sözü ilə hərəkət edir və öz neftini ucuz sataraq, həmin pulla silah alır. İnsan bunu görəndə utanır. Neft hasilatını artırmaqla onun qiymətini ucuzlaşdırıb, İran iqtisadiyyatına zərbə vuracağınızı düşünürsünüz? İran öz büdcəsini təmin edə bilir və xoşbəxtlikdən illər öncə qeyri-neft sektorunun inkişafı istiqamətində xeyli işlər görülüb. Siz belə etməklə özünüzə zərər vurursunuz və mənfəətini də böyük şirkətlər götürür”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır