21 dekabr 2014 - 06:30
Pakistan iki terrorçunu edam etdi

Edam olunan terrorçunun biri Pakistan ordusunun qərargahına hücum etməkdə, digəri isə ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə sui-qəsddə təqsirli bilinib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Pakistan iki terrorçunu edam etdi

2008-ci ildən indiyədək qüvvədə olan moratoriumdan sonra dünən Pakistanda iki edam hökmü icra olunub.

Edam olunan terrorçunun biri Pakistan ordusunun qərargahına hücum etməkdə, digəri isə ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə sui-qəsddə təqsirli bilinib.

Qeyd edək ki, Pakistanın Baş naziri Nəvaz Şərif terrorçuluqla mübarizə tədbirlərini gücləndirmək və ölüm hökmünə qoyulmuş moratoriumu ləğv etmək qərarına gəlib. Bu qərar yaraqlıların Peşavar şəhərinə hücumundan sonra verilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər