12 dekabr 2014 - 07:12
 ABŞ-ın hansı saxta sənədlə İraqı işğal etdiyi bəlli oldu

“Amerika kəşfiyyatı İraq xüsusi xidmət orqanları ilə 11 sentyabr hadisələrini törədən islamçılar arasında əlaqələrin olmasından şübhələnirdilər”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın hansı saxta sənədlə İraqı işğal etdiyi bəlli oldu

“Amerika kəşfiyyatı İraq xüsusi xidmət orqanları ilə 11 sentyabr hadisələrini törədən islamçılar arasında əlaqələrin olmasından şübhələnirdilər”.

Bu açıqlama ilə ABŞ-ın Demokrat Partiyasının senatoru Karl Levin çıxış edib.

O, Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərindən birini yayıb. Sənəddə MKİ-nin 2001-ci ilin aprelində İraq kəşfiyyatının əməkdaşı Əhməd Anianın 11 sentyabr hadisələrinin iştirakçılarından biri olan Məhəmməd Attoy ilə görüşünə skeptik yanaşdıqları göstərilib. Məhz bundan sonra kəşfiyyat Səddam Hüseyn rejiminə qarşı müəyyən saxta sübutlar əldə etmiş olur ki, bu da Corc Buş administrasiyasının İraqı işğal etməsinə şərait yaradıb. Senator həmçinin 2001-ci ildə çex əks kəşfiyyatına rəhbərlik edən İrji Rujekin də memuarını yayımlayıb. Rujek öz xatirələrində Buş administrasiyanın Praqaya belə bir görüşün olması ilə bağlı məsələləri təsdiq etməsi üçün təzyiqlər etdiyini deyib.

Qeyd edək ki, ABŞ-ın 2003-cü ildə İraqa hücum etməsi sayəsində 100 000-dən çox insan həlak olmuşdu. O zaman Vaşinqton Bağdadı terrorçularla əlaqədə və kütləvi qırğın silahlarına malik olmaqda günahlandırmışdı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər