2 dekabr 2014 - 17:12
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə danışıqlar üçün şərtləri açıqlayıb.

Danışıqların davamı üçün hər iki tərəfin istəyinin lazım olduğunu qeyd edən Stoltenberq bərabər şərtlərin təmin edilməsinin vacibliyini vurğulayıb:

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Stoltenberq danışıqların keçirilməsi üçün şəffaflığın təminin vacib olduğunu bildirib.

Stoltenberq qeyd edib ki, danışıqlar üçün əvvəlki şanslar hələ də qalır.

Danışıqların davamı üçün hər iki tərəfin istəyinin lazım olduğunu qeyd edən Stoltenberq bərabər şərtlərin təmin edilməsinin vacibliyini vurğulayıb:

"Mən düşünürəm ki, hər iki tərəfin xeyrinə gərginliyi artırmamaq, Avropa və dünya təhlükəsizliyinin real təhlükələri ilə bağlı fəal qarşılıqlı təsiri gücləndirmək lazımdır. Rusiyaya gəlincə, biz buna hazırıq".

Qeyd edək ki, Ukrayna böhranı ilə bağlı NATO bu ilin aprelində Rusiya ilə əlaqələri kəsmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər