Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası təyyarədaşıyan gəmi istehsal edir
İran İslam Respublikası Ordusu Dəniz Qüvvələri Araşdırma təşkilatının komandanı admiral Əli Qulamzadə İran ordusunun dəniz qüvvələrinin hazırda suüstü və sualtı gəmilərini hazırlama texnologiyasına sahib olduğunu bildirib.
FaktXəbər-in məlumatına görə, "Əjdər" raketləri barədə də danışan admiral, onun hazırlanmasının və dizaynının çox çətin, müasir bir layihə olduğunu xatırladıb: ""Əjdər" suüstü və sualtı düşmən gəmilərini məhvetmə qabiliyyətinə malikdir."
"Əjdər"in yaxın vaxtlarda hazır vəziyyətə gətiriləcəyini bildirən admiral, İran istehsalı olan bu texnikanın hazırda təkcə NATO ölkələrinin istehsalı ilə müqayisə edilə biləcəyini söyləyib. O əlavə edib ki, yaxın vaxtlarda təyyarədaşıyan gəminin də tikintisi başa çatacaq və istifadəyə veriləcək.
Qeyd edək ki, son vaxtlar İran müdafiə sənayesi dəniz qüvvələrinin gücləndirilməsi istiqamətində işlərini artırıb. Buna misal olaraq kiçik həcmli sualtı qayıqların, gəmilər üçün yeni raket sistemlərinin və pilotsuz təyyarələrin istehsalını göstərmək mümkündür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır