23 noyabr 2014 - 21:45
Suiriya və İraqda çox sayda alman vəhhabi terrorçusu öldürülüb

Almaniyanın konstitusiya müdafiəsi federal xidmətinin rəhbəri Hans-Georg Maasen verdiyi açıqlamada bildirib ki, indiyə kimi 550 alman Suriyaya gedərək, terror qruplaşmasına qoşulub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qondarma “İŞİD” adlı terror qruplaşmasının tərkibində vuruşan Almaniya vətəndaşlarının sayı açıqlanıb.

Almaniyanın konstitusiya müdafiəsi federal xidmətinin rəhbəri Hans-Georg Maasen verdiyi açıqlamada bildirib ki, indiyə kimi 550 alman Suriyaya gedərək, terror qruplaşmasına qoşulub.

Onun sözlərinə görə, Suriyada ölənlərin alman terrorçuların sayı 80 nəfərdən çoxdur: "Son məlumatlara görə, Almaniyanın ən azı 60 vətəndaşı Suriya və İraqda İŞİD tərəfdə vuruşaraq həlak olub. Bu terror qruplaşmasının təbliğatın acınacaqlı bir uğurudur. Onlardan 180 nəfərdən çoxu Almaniyaya geri qayıdıb".

Qeyd edək ki, Almaniyada təhlükəsizlik orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat zamanı terror birləşmələri, o cümlədən İŞİD-lə əlaqədə şübhəli bilinən doqquz nəfər saxlanılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır