Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Noyabrın 12-də Azərbaycana rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.
Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhanini Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İran İslam Respublikasının prezidentinə raport verdikdən sonra, İİR və Azərbaycanın dövlət himnləri səslənib.
Daha sonra hər iki ölkə prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Cənab H. Ruhani Azərbaycan əsgərlərini salamlayıb.
Qeyd edək ki, bu gün həmçinin Azərbaycan və İran İslam Respublikası prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır