10 noyabr 2014 - 15:54
İsrail 1300 fələstinlini həbs edib

İsrailin Qüdsdəki evlərə basqınları sırasında 1300 fələstinli nəzarətə götürülüb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İsrailin Qüdsdəki evlərə basqınları sırasında 1300 fələstinli nəzarətə götürülüb

Girovlar Cəmiyyətinin vəkili Mufid Əl-Həcc verdiyi yazılı açıqlamasında İsrailin iyun ayından bəri 1300 fələstinlini həbs etdiyini və bunların 40%-nin uşaqlardan ibarət olduğunu bildirib.

Açıqlamada İsrailin nəzarətə götürdüyü uşaq və gənclərin çoxunun ailələrindən 800-1600 dollar alaraq sərbəst buraxıldığı qeyd edilib.

Xatırladaq ki, son günlər İsrailin Əl-Əqsa məscidində törətdiyi qanun pozuntularına görə, Qüds məhəllələrində İsrail polisi ilə fələstinli gənclər arasında tez-tez qarşıdurmalar baş verir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər