Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İsrailin Qüdsdəki evlərə basqınları sırasında 1300 fələstinli nəzarətə götürülüb
Girovlar Cəmiyyətinin vəkili Mufid Əl-Həcc verdiyi yazılı açıqlamasında İsrailin iyun ayından bəri 1300 fələstinlini həbs etdiyini və bunların 40%-nin uşaqlardan ibarət olduğunu bildirib.
Açıqlamada İsrailin nəzarətə götürdüyü uşaq və gənclərin çoxunun ailələrindən 800-1600 dollar alaraq sərbəst buraxıldığı qeyd edilib.
Xatırladaq ki, son günlər İsrailin Əl-Əqsa məscidində törətdiyi qanun pozuntularına görə, Qüds məhəllələrində İsrail polisi ilə fələstinli gənclər arasında tez-tez qarşıdurmalar baş verir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır