25 oktyabr 2014 - 14:20
Livan Ordusu Trablosda təkfirçi terrorçulara qarşı əməliyyat aparıb, ölən və yaralananlar var – Foto

Livanlı məsul şəxslərdən birinin bildirdiyinə görə, ölkənin tarixi şəhərlərindən biri olan Trablosda sələfi yaraqlılarına qarşı aparılan əməliyyatlar ötən gecədən başlayıb və bu günə kimi, yaraqlılar bir ünsürlərini itki verərək, 17 ünsürləri yaralanıb. Bununla belə, Livan Ordusunun 9 nəfəri, sivil vətəndaşlardan isə, 8 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralı vəziyyətdə xəstəxanalara yerləşdiriliblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Ordusu bu gün səhər vaxtlarında bir daha sələfi terrorçularının Livanın şimalındakı Trablos məntəqəsindəki mövqelərini bir daha hədəfə alıb.

Livanlı məsul şəxslərdən birinin bildirdiyinə görə, ölkənin tarixi şəhərlərindən biri olan Trablosda sələfi yaraqlılarına qarşı aparılan əməliyyatlar ötən gecədən başlayıb və bu günə kimi, yaraqlılar bir ünsürlərini itki verərək, 17 ünsürləri yaralanıb. Bununla belə, Livan Ordusunun 9 nəfəri, sivil vətəndaşlardan isə, 8 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralı vəziyyətdə xəstəxanalara yerləşdiriliblər.

Yaralananlardan biri Livan qazetlərinin müxbir jurnalisti olduğu bildirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır