Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ və Çinin kibertəhlükəsizlik sahəsindəki münasibətlərinin yenilənməsi müşkül məsələyə oxşayır.
bu fikri Çin dövlət şurasının üzvü, xarici işlər üzrə məsləhətçi Yan Tszeçi Bostondakı danışıqlar zamanı ABŞ dövlət katibi Con Kerriyə bildirib.
Çin siyasətçisinin fikrincə, ABŞ-ın yanlış fəaliyyəti nəticəsində hazırkı mərhələdə kibertəhlükəsizlik sahəsində Çin-Amerika əməkdaşlığı və dialoqunu yenidən bərpa etmək çətindir.
Xatırladaq ki, Birləşmiş Ştatlar dəfələrlə Çin hakerlərini casusluqda və kibermüharibəni alovlandırmaqda ittiham edib. ABŞ həmçinin Çin və Rusiyanı əsas kibertəhlükə adlandırıb
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır