Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərəbistanlı gənclərin Suriyaya və İraqa qaçaq edilmələri artıb
Ərəbistanın Türkiyədəki səfiri terrorçu İŞİD qrupu ilə həmkarlıq etmələri üçün ərəbistanlı gənclərin Suriyaya və İraqa qaçaq edilmələri prosesinin artmasından xəbər verib.
Fars xəbər agentliyinin məlumatına görə, Ərəbistanın Türkiyədəki səfiri Adil Murdad ərəbistanlı gənclərin Suriyaya və İraqa qaçaq edilmələri prosesinin artmasına toxunaraq, deyib: İŞİD qrupunun tabeliyində olan qaçaqçıların Dəməşq-Ankara sərhədlərindəki fəaliyyətləri artmaqdadır.
Ərəbistanın Türkiyədəki səfiri Türkiyənin Suriya ilə təqribən 900 km müştərək sərhədə malik olduğunu bildirərək, vurğulayıb: Məhdud sayda rəsmi keçidlər mövcuddur, lakin qaçaqçılar bu sərhəd boyunca fəaliyyət göstərirlər.
BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin İŞİD terrorçularının bu ölkələrə nüfuz etmələrindən nigaran olmaları elə bir haldadır ki, onlar daim müştərək bir fitnədə təkfirçi qrupların dəstəklənmələri istiqamətində hərəkət ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır