Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanların Ali Lideri Ayətullahul-üzma Seyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibəti ilə əfv sərəncamı imzalayıb.
İran İslam Respublıikasının Məhkəmə Sisteminin Rəhbəri Ayətullah Sadiq Amuli Laricani Qurban və Qədir-xum bayramı münasibəti ilə, İmam Xamenei cənablarına 1256 məhkumun əfv edilməsi ilə bağlı müraciət edib.
Müraciəti müsbət qarşılayan Ümümdünya Müsəlmanların Ali Lideri Seyid Əli Xamenei, Qurban və Qədir-Xum bayramları münasibəti ilə, əfv sərəncamını imzalayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır