11 oktyabr 2014 - 16:05
Ayətullahul-üzma Seyid Əli Xamenei Qədir-Xum münasibətilə 1256 məhkumu əfv etdi

İİR Məhkəmə Sisteminin Rəhbəri, Ayətullah Sadiq Amuli Laricaninin Qurban və Qədir-xum bayramı münasibəti ilə, İmam Xamenei cənablarına 1256 məhkumun əfv edilməsi ilə bağlı etdiyi müraciəti müsbət qarşılayan Ümümdünya Müsəlmanların Ali Lideri Seyid Əli Xamenei əfv sərəncamını imzalayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanların Ali Lideri Ayətullahul-üzma Seyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibəti ilə əfv sərəncamı imzalayıb.

İran İslam Respublıikasının Məhkəmə Sisteminin Rəhbəri Ayətullah Sadiq Amuli Laricani Qurban və Qədir-xum bayramı münasibəti ilə, İmam Xamenei cənablarına 1256 məhkumun əfv edilməsi ilə bağlı müraciət edib.

Müraciəti müsbət qarşılayan Ümümdünya Müsəlmanların Ali Lideri Seyid Əli Xamenei, Qurban və Qədir-Xum bayramları münasibəti ilə, əfv sərəncamını imzalayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır