Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Ebola" virusundan ölənlərin sayı 4033-ə çatıb.
7 ölkədə 8399 nəfər isə bu virusa yoluxub.
Ölənlərin 2316 nəfəri Liberiya, 930-u Sierra-Leone, 778-i Qvineya, 8-i Nigeriya və 1 nəfəri ABŞ-dadır.
Konqo Demokratik Respublikasında isə bu xəstəliyə yoluxan 71 nəfərdən 43-ü ölüb. İngiltərənin baş naziri Devid Kemeron bildirib ki, bu problemin aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir:
"Biz Qərbi Afrikadakı bu böhranın aradan qaldırılması üçün digər ölkələrlə müqayisədə daha çox töhfə verməyə çalışırıq. Biz İngiltərədəki öz insanlarımızın təhlükəsizliyi üçün mümkün olan addımları atırıq. Ən əsası mütəxəssisləri dinləyirik və onların məsləhətinə əməl edirik. Həmçinin dəniz və hava nəqliyyatını nəzarətə götürmüşük"
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır