Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İranın Bakıdakı səfiri Tehran- Bakı media münasibətlərinin genişləndirilməsinin vacibliyi üzərində təkid edib
Bakıda Az. R-nın yeni xarici işlər naziri Hikmət Hacıyevlə görüşdə qarşılıqlı münasibətlərin genişləndirilməsində mediaların oynadığı roluna işarə edən səfirimiz qeyd edib: Az. R-nin media nümayəndə heyətinin ötən aylar ərzində İrana səfəri jurnalistlərin İranla bağlı reallıqlarla tanış olmalarına və bu həqiqəti medialarda əks etdirmələrinə səbəb olmuşdur.
Hacıyev də bu görüş çərçivəsində iki ölkənin müxtəlif tarixi-mədəni ortaqlıqlarına toxunaraq deyib: İran və Az. R-nın rəsmi siyasətçilərinin möhkəm iradəsi ardınca artıq iki ölkənin müxtəlif zəminlərdə o cümlədən media əməkdaşlıqlarının genişləndirilməsi müstəvisində qarşılıqlı münasibətlərin qorunması və möhkəmləndirilməsi yolunda əsaslı addımların atılması zəruridir.
İİR Xarici İşlər Nazirliyi-nin sözçüsü ilə baş tutan son görüşün əhəmiyyətinə toxunan Hacıyev xatırladıb: Mövcud vəziyyətdə hər iki tərəf media münasibətlərinin genişləndirilməsi ilə maraqlanır. Bu da müsbət bir haldır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır