4 oktyabr 2014 - 13:15
Bayram günü Moskvadan möhtəşəm görüntü

Paytaxtda 50 min müsəlman Moskvadakı məscidin yaxınlığında bayram namazı qılıblar. Həmçinin Sankt-Peterburqda Baş Kilsə məscidinin ətrafında minlərlə müsəlman toplaşıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın paytaxtı Moskvada təxminən 150 min müsəlman Qurban bayramını qeyd edir.

Bayram günü Moskvadan möhtəşəm görüntü

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Paytaxtda 50 min müsəlman Moskvadakı məscidin yaxınlığında bayram namazı qılıblar. Həmçinin Sankt-Peterburqda Baş Kilsə məscidinin ətrafında minlərlə müsəlman toplaşıb.

Nazirliyin yaydığı məlumatda hər hansı qanun pozuntusunun qeydə alınmadığı bildirilir. Rusiya polisinin tam heyətdə ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etdiyi vurğulanır.

Ötən illə müqayisədə Moskvada bayram namazını qılan müsəlmanların sayında artım müşahidə edilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər