Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Avropanın Rusiyaya sanksiyalarından sonra Qərbin İranla münasibətlərini qaydaya salacağı və enerjiyə olan təlabatını bu ölkə vasitəsilə ödəyəcəyi haqqında verilən proqnozlara rəsmi Tehrandan cavab verilib.
İran prezidenti Həsən Ruhani ölkəsinin Avropaya Rusiya qədər qaz ixrac edə biləcəyi ilə bağlı səslənən fikirləri əsassız hesab edib. O deyib ki, Kreml Avropaya qaz ixracını dayandıracağı təqdirdə İran Rusiyanın alternativi olmayacaq. Əksinə o, sanksiyalarla üzləşən Rusiyaya dəstək olacağını bəyan edib. Həsən Ruhani gələn ildən etibvarən İran məhsullarının Rusiyaya ixrac ediləcəyini vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır