Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilən “IV Kaspi Sammiti 2014” iclası sona çatdıqdan sonra iki dövlət Prezidentləri arasında səmimi görüş keçirilib.
İran İslam Respublikası Prezidentinin Rabitə və İnformasiya Ofisinin müavini Pərviz İsmaili, öz şəxsi feysbuk səhifəsində iki ölkə Prezidentləri arasında keçirilən görüş haqqda belə yazıb: “Dünən 29 Sentyabr, 2014 tarixdə, “IV Kaspi Sammiti 2014” iclası uğurla başa çatdı. İclasdan sonra Vladimir Putin cənabları ilə Doktor Həsən Ruhani cənabları arasında səmimi görüş keçirildi”.
O, daha sonra, iki dövlət Prezidentlərinin bir il ərzində 4 rəsmi görüş keçirtməklərinin səbəbinə işarə edərək bildirib: “Bir il ərzində iki ölkə Prezidentlərinin 4 dəfə görüşməsi, iki böyük və qonşu xalqın münasibətlərinin sürətlə inkişaf etdirməyə başlamalarını nümayiş etdirir”.
Pərviz İsmaili, Rusiya Prezidenti Vladimir Putin cənabları ilə İran İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Həsən Ruhani cənabları arasında görüşün olduqca səmimi keçdiyinə işarə edərək bildirib: “Çox səmimi və xatirələrdə qalacaq bir görüşün sonunda, Rusiya Federasiyasının Prezidenti Kremil sarayının Həştərxan nümayəndələrinə İran İslam Respublikasının Prezidentinə veriləcək Hədiyyə qabının gətirilməsini fərman verdi. Qab (Böyük, ağır və əzəmətli idi. Bir az da zədələnmişdir.), saraya gətirildikdə daxilində “I Şah Abbas”ın 17-ci əsrdə (miladi tarixi ilə 1603 - 1618) Türkiyə ilə İran arasında gedən müharibədə iştirak edən əskərlərindən birinin bürünc və qızıl ilə bəzədilmiş qalxanı idi...”
Prezidentin Rabitə və İnformasiya Ofisinin müavini daha sonra Qalxanın cənab Ruhaniyə verildikdə Rusiya Prezidentinin dediki sözlərinə işarə edərək qeyd edib: “Qalxan, cənab H. Ruhaniyə təqdim olunduqdan sonra isə, Rusiya Prezidenti cənab V. Putin, “Görünür qalxan əsil sahibinin əlinə düşdü, amma o zaman baş verən müharibənin əsl qalibi İran idi”- deyərək gülümsədi.”











Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır