Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransada aparılan araşdırmalar bu ölkədə iqtisadi inkişafın sıfır faiz həddində olmasını göstərir
Frans Pressin məlumatına görə Fransanın Milli Hesablamalar və İqtisadi Araşdırmalar mərkəzi bir hesabatda qeyd edib: Bu ilin ikinci rübündə Fransada iqtisadi inkişaf səviyyəsi sıfır faiz həddində olubdur.
Hesabatda qeyd olunub: Təkcə Fransa məhsulunun istehlakı və istifadəsi ölkənin daxili istehsalı və iqtisadi inkişafın himayəçisi olmuşdur.
Sözü gedən mərkəz eləcə də ilin birinci 6 ayında Fransa şirkətlərinin böhran içində olmasını bildirib. Birinci rüb ilə müqayisədə 3-cü rübün xarici ticarət səviyyəsinin zəifləməsini təsdiqləyib.
Fransa hakimiyyəti bu ölkənin böhrandan xilas olması üçün müəyyən həll yolları təklif edib. Bu həll yolları iqtisadiyyatçı alimlər və müxalif başçılardan bir qrupunun tərəfindən səriştəsiz dəyərləndirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır