19 iyul 2014 - 18:03
Fidel Kastrodan İsrailə sərt sözlər

Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro, yazdığı məqalədə İsrailin Qəzzaya hücumu ilə bağlı çox sərt ifadələr işlədib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,

Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro, yazdığı məqalədə İsrailin Qəzzaya hücumu ilə bağlı çox sərt ifadələr işlədib.

Kastro, İsrail əsgərləri üçün "İsrailin işlək gənclərini indi şərəhsiz bir ölümlə üz-üzə qoyurlar",-deyə qeyd edib.

Kastro, "Üzsüz Provakasiya" adlı məqaləsində Rusiya-Ukrayna sərhəddində vurulan və 295 nəfərin öldüyü Maleyziya təyyarəsinin "çox möhtəşəm bir provakasiya" olduğunu bildirib.

Kastro, həmçinin, məqaləsində İsrail ordusunu Hitlerin ordusunə bənzədərkən, Fələstinin İsrailə qarşı mübarizəsini 2-ci dünya müharibəsində SSRİ ordusunun Almaniyaya qarşı Stalinqrad mübarizəsinə bənzədib. O, məqaləsində, "fələstinlilər Stalinqradı müdafiə edənlər kimidi",-deyə qeyd edib.

Bugun.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər