19 iyul 2014 - 13:29
İŞİD növbəni xristianlara çatdıranda ABŞ narahat oldu

"İŞİD-in Mosuldakı xristianlara qarşı ya dinlərini dəyişdirəcəkləri, vergi ödəyəcəkləri, ölkəni tərk edəcəkləri, ya da edam ediləcəkləri istiqamətindəki son açıqlamasınndan qəzəbləndik. Həmçinin Mosuldakı xristian evlərinin üzərlərinə xristianları alçaldıcı ifadələrin yazıldığına dair fotoşəkilləri də gördük.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İŞİD-in Mosuldakı xristianlara qarşı ya dinlərini dəyişdirəcəkləri, vergi ödəyəcəkləri, ölkəni tərk edəcəkləri, ya da edam ediləcəkləri istiqamətindəki son açıqlamasınndan qəzəbləndik. Həmçinin Mosuldakı xristian evlərinin üzərlərinə xristianları alçaldıcı ifadələrin yazıldığına dair fotoşəkilləri də gördük.

Bu mənfur hərəkətlər İŞİD-in İraqı bölmək və yox etmək missiyasını bir daha ortaya qoyur və İslam dininin xoşməramlı və sülh içində bir yerdə yaşamaq ruhuna əksdir."

FaktXəbər-in məlumatına görə, belə bir açıqlamanı ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Jen Psaki verib.

Psaki açıqlamasında İŞİD-in yalnız İraqın sabitliyinə deyil, bütün bölgəyə təhdid yaratdığını vurğulayaraq, "bu artan təhdid müxtəlim millətlərə və tərqiətlərə mənsub iraqlıların ortaq düşmənə qarşı mübarizə aparmaq üçün birlikdə çalışması və bu terror qruplarını əhalidən uzaqlaşdırmaq üçün mümkün olan hər addımı atması ehtiyacını göstərir", - deyir.

Qeyd edək ki, Pskanin belə bir açıqlama verməyinə səbəb İŞİD terrorçularının İraqda yaşayan xristianları hədələməsidir. İŞİD terrorçuları xristianları hədələyərək, onlar qarşısında 2 yol qoyublar: ya dinlərini dəyişəcək, vergi ödəyəcək, ölkədən çıxacaqlar, ya da edam olunacaqlar.

Maraqlıdır ki, uzun müddətdir Suriya və İraqda terror əsdirən, özlərinə xilafət quran İŞİD terrorçularına qarşı ABŞ indiyə kimi niyə mübarizə açıqlaması vermirdi? Məgər təhdid altında olan milyonlarla müsəlmanlar xristianlarla eyni hüquqa malik deyillərmi?

Faktxeber.com

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər