8 iyul 2014 - 12:15
İlham Əliyev Avropaya arxayındir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qərbdən onun hökumətinə qarşı bir təpki olmayacağına əminlik bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qərbdən onun hökumətinə qarşı bir təpki olmayacağına əminlik bildirib.

Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki çıxışında deyib : “Açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər.”

Prezident İlham Əliyev əlavə edib : “Biz Avropa Şurasında bundan sonra da fəal işləyəcəyik. Bilirəm ki, son vaxtlar bizə qarşı aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini, əlbəttə, həm incidir, həm də ki, müəyyən dərəcədə narahat edir.”

İlham Əliyev vurğulayıb : “Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk dəfə deyirəm. Əlbəttə beynəlxalq təşkilatlar deməlidir. Yəni, bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq bilməliyik.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər