Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Azərbaycan Respublikası prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında ABŞ-ın səylərinə böyük ümidlər bəsləyir.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev amerikanın Müstəqillik Günü münasibətilə həmkarı Baraka Obamaya təbrik məktubunda yazır: Biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər müstəqillik qazandığımız vaxtdan bu günədək böyük inkişaf yolu keçib, bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın gerçəkləşdirdiyi irimiqyaslı enerji layihələrində, beynəlxalq təhlükəsizliyin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm istiqamətlərindəndir.
Biz eyni zamanda xalqımızın uzun müddətdən bəri həllini gözləyən Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvasına qaytarılması üçün ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın və şəxsən Sizin, cənab prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
Bu sözlər elə bir halda deyilir ki, son günlər Bakıda keçirilən təbirlərdə Minsk Qrupunun sərriştəsizliyi və ABŞ-ın Qarabağ məsələsində etinasızlığı kəskin tənqidlərlə üzləşib.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır