1 iyul 2014 - 11:20
Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizəd oldu

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan AKP tərəfindən Türkiyə prezidentliyinə namizədliyi irəli sürülüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan AKP tərəfindən Türkiyə prezidentliyinə namizədliyi irəli sürülüb.

Bununla bağlı qərar bu dəqiqələrdə AKP-nin toplantısı zamanı verilib.Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə heç bir namizəd 51 faiz səs toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.

2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən başlayaraq Türkiyədə Prezidenti 7 illiyə deyil, 5 illiyə parlament yox, xalq seçəcək.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər