Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
Zuheyr Əl-Nahar: "İraq baş naziri istefa etməyəcək"
ABŞ-ın İŞİD terror qruplaşmasına müdaxilə etmək üçün Nuri Əl-Malikinin istefa etməsi şərti barədə iddialara qarşı tərəfin cavabı gecikməyib.
İraqın baş naziri Nuri Əl-Malikinin sözçüsü Zuheyr Əl-Nahar "Malikinin bu il aldığı yüksək səslər xalqın ona etibar etməsinin göstəricisidir" - deyib və istefa çağırışlarını gülməli adlandırıb.
Nuri Əl-Malikinin istefa etməyəcəyini açıqlayan Zuheyr onun məzhəblər arasında ayrıseçkilik iddialarının da həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, ABŞ-ın havadan İŞİD-ə hücum etməsi üçün Malikinin istefa etməsi şərtini qoyduğu idda edilir.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır