Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Azərbaycan Respublikası hüquq-mühafizə orqanları xəbər verib ki, Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı Naxçıvanda həbs edilib.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunublar və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
Qeyd edək ki, keçən illərdə Azərbaycan Respublikası hökuməti ölkədən Vəhhabilərin Suriyada qərb planı əsasında terrorçu quruplara qoşulmasına göz yumurdu. Ancaq son vaxtlarda təkfirçi vəhhabilər Azərbaycan Respublikasını da açıq hədələməyə başlayıblar. Bu vəhhabilərin yaxalanması təkfirçi cərəyanın İraqda dəhşətli cinayətlər törətməsi ardınca həyata keçirilib.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır