16 iyun 2014 - 17:47
"5+1 qrupu ilə son razılaşmaya çatmaq mümkündür"

İran xarici işlər naziri söyləyib : 5+1 qrupu məntiqlə müzakirəyə daxil olarsa, son razılaşmanı əldə etmək mümkündür.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran xarici işlər naziri söyləyib : 5+1 qrupu məntiqlə müzakirəyə daxil olarsa, son razılaşmanı əldə etmək mümkündür.

İRNA məlumat verib : Məhəmməd Cavad Zərif Vyana aeroportuna daxil olarkən müxbirlərə söyləyib : Son aylarda 5+1 qrupu ilə müxtəlif mövzular mübahisə olundu , belə ki , hazırkı mərhələdə son razılaşmanın ilkin mətni yazılmalıdır.

Zərif təkidlə bildirib : Müxtəlif şəkillərdə qərblilərdən eşidirik ki, 6 aylıq fürsətdə müzakirələrin nəticəyə çatmasına maraq göstərmişlər.

İran xarici işlər naziri İran və 5+1 qrupuarası bəzi ixtilaflara işarə edərək əlavə edib : Bu mərhələ sona çatmaqla yenə də bir ay fürsət var amma qarşı tərəf hazırlıq bildirərsə razılaşmaq mümkündür.

Bu günün müzakirələri İran və 5+1 qrupunun görüşlərində həssas bir mərhələ sayılır və müzakirə tərəfləri Vyana-4 müzakirələrindən sonra bəzi məsləhətləşmələr apararaq son razılaşmanın təfərrüatı barədə danışacaqlar.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər