Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev ilə vəkil Yalçın İmanov arasında görüş baş tutub
Bu barədə İslamazeri.az-a Yalçın İmanov məlumat verib.
O qeyd edib ki, “Ötən həftə jurnalist Nicat Əliyev ilə görüşdüm. O, səhhədindən şikayətlənmədi.”
Yalçın İmanov jurnalist Nicat Əliyevin işi ilə bağlı Avropa məhkəməsinə müraciə edəcəksinizmi sualına cavab olaraq bildirib ki, “Mütləq müraciət edəcəyik. Amma hal hazırda Nicat Əliyevin işinə Bakı Apellyasiya məhkəməsində baxılır. Bu ayın 19-u onun növbəti məhkəmə iclası keçiriləcək.”
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır