13 iyun 2014 - 18:07
Minlərlə "Mehdi Ordusu"nun sabiq döyüşçüsü Samirraya yola düşdü

İŞİD terrorçularına qarşı səfərbərlikdən sonra bu terrorçu ünsürlərlə mübarizəyə qatılanların sayı artıbİraq mediasına istinadən verdiyi xəbərə görə, bu gün Sədr bölgəsində cümə namazından sonra minlərlə iraqlı Samirraya yola düşəcəklərini açıqlayıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İŞİD terrorçularına qarşı səfərbərlikdən sonra bu terrorçu ünsürlərlə mübarizəyə qatılanların sayı artıbİraq mediasına istinadən verdiyi xəbərə görə, bu gün Sədr bölgəsində cümə namazından sonra minlərlə iraqlı Samirraya yola düşəcəklərini açıqlayıblar.

Bu döyüşçülər arasında keçmiş "Mehdi Ordusu"nun da çox sayda döyüşçüsü var.

Qeyd edək ki, bu bölgə Seyid Müqtəda Sədrin rəhbərliyinə bağlı bir bölgədir və ABŞ-la mübarizədə önəmli rol oynamışdır.

Onu da qeyd edək ki, Seyid Əl-Həkimə bağlı "Bədr" briqadası da artıq yenidən təsis olunub və döyüşlərə qatılıb.

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər