30 may 2014 - 12:18
İran İslam Respublikası daha iki Atom Elektrik Stansiyası (AES) inşa edəcək

B.Kəmalvəndi: “Rusiya və İran arasında əməkdaşlıq nəticəsində Buşehr AES-in inşasının gecikmələrə və təzyiqlərə baxmayaraq tamamlanması və fəaliyyətə başlaması çox mühümdür”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi ölkədə daha iki yeni atom-elektrik stansiyasının inşa ediləcəyini bildirib.

Behruz Kəmalvəndinin bildirdiyinə görə, İİR ilə Rusiya nümayəndə heyətləri arasında bu mövzuda ilkin müzakirələr aparılıb: “Hazırda tərəflər arasında keçirilən görüşlərin yeni razılaşmalara heç bir aidiyyatı yoxdur. İndiki müzakirələr daha əvvəlki illərdə əldə olunmuş razılaşma çərçivəsində aparılır. Hazırda İran İslam Respublikasının cənubunda yerləşən Buşehrdə 4 ədəd 1000 megavatlıq gücündə stansiya inşa etmək imkanı var. Bunun eyni bölgədə tikilməsi də iqtisadi cəhətdən səmərəlidir. Eyni zamanda infrastruktur, küçələrin mövcudluğu və xüsusi boruların döşənilməsi kimi məsələlər baxımından  bölgənin son dərəcə yeni atom-elektrik stansiyalarının inşası üçün uyğundur”.

ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər