Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Hazırda İran İzzət və İqtidar nöqteyi-nəzərindən yüksək yerdə qərar tutub.
Əlaəddin Burucerdi İİR-nın banisi İmam Xomeyni (r.ə)-ın vəfatının ildönümü astanasında İRNA müxbiri ilə müsahibədə bəyan edib: İmam Xomeyni (r.ə) Nə şərq, nə qərb" şüarı ilə İİR-nin təməlini qoruyaraq hegemonçu dövlətlərin qarşısında dayandılar.
Müsahibəsinin davamında Amerika tərəfindən İrana qarşı qoyulan sanksiyalar və bu hegemonçu dövlət tərəfindən göstərilən təzyiqlərə işarə edən Burucerdi deyib: Dünya ölkələrinin bir çoxu İranla münasibətlərini sıxlaşdırmaq istəyirlər. Halbuki, Amerika Birləşmiş Ştatları o ölkələrə qarşı maneçilik törədir.
İran xalqı ABŞ tərəfindən göstərilən iqtisadi sanksiyalar qarşısında möhkəm dayanaraq ölkənin inkişafı yolunda iri addımlar atacaq." deyə Burucerdi sözlərini tamamlayıb.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır