Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İİR-nin prezidenti BMT-nin baş katibi və Şrilanka prezidenti ilə ayrı-ayrı görüşərək qarşılıqlı əlaqələr və regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıb.
İRNA məlumat verib: Çərşənbə günü(21 may) Çində keçirilən Asiyada tolerantlıq və etimad yaratmaq üzrə zirvə toplantısı ilə yanaşı Həsən Ruhani BMT-nin baş katibi Ban Gi Moonla görüşərək ekologiyanı mühafizə və kütləvi qırğın silahların yayılmasının qarşısının alınmasını tələb etdi.
İran prezidenti və BMT-nin baş katibi həmçinin sülh və təhlükəsizlik, terrorizmlə mübarizə və iqtisadi əməkdaşlıqların genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Ruhani həmçinin Şrilanka həmkarı Mahinda Rajapaksa ilə də qarşılıqlı əlaqələr və regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıb.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır