21 may 2014 - 02:29
"Əsgər oğlumu qətlə yetiriblər”

Azərbaycan Respublikasının N saylı hərbi hissəsində dünyasını dəyişən əsgərin valideynləri onun öldürüldüyünü deyirlər.Mayın 20-də əsgər Orxan Alıyevin valideynləri mətbuat konfransı keçiriblər

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Azərbaycan Respublikasının N saylı hərbi hissəsində dünyasını dəyişən əsgərin valideynləri onun öldürüldüyünü deyirlər.Mayın 20-də əsgər Orxan Alıyevin valideynləri mətbuat konfransı keçiriblər. O.Alıyevin atası Şirazi Alıyev musavat.com-a açıqlamasında bildirib ki, onun oğlunu qətlə yetiriblər və daxili orqanlarını satıblar:

2013-cü ilin dekabrından 10-dan 11-nə keçən gecə Naftalan rayonunda yerləşən 157 N saylı hərbi hissədə əsgər Orxan Alıyev müəmmalı şəkildə dünyasını dəyişmişdi.

Hərbi tibbi ekspertiza əsgərin yataqdan durmadığını, onun hipertrafik kardiomiopatiyadan öldüyü rəyini verib. Ailə tibbi ekspertizaya inanmır, övladlarının öldürüldüyünü deyir.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər