Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Ukraynanın müvəqqəti hökumətinin dəvəti ilə keçirilən ikinci dövr Xarkov müzakirələri nəticəsiz başa çatıb.Rusiya əl-Yəum telekanalının məlumatına görə, müzakirələrin ikinci turunun uğursuz başa çatması ilə danışıqların növbəti turunun gələn ayın on birində Ukraynanın mərkəzində yerləşən Çərkəs şəhərində baş tutması qərara alınıb.
Bu arada Ukraynanın sabiq prezidenti Leonid Kravçuk müzakirələrin konstruktiv atmosferdə keçirildiyini bildirib. Baxmayaraq ki, Luqansk vilayət şurasının sədri Valeri Qulenko artıq Kiyev rəsmilərinin diqqətləri yayındırmaq xarakteri daşıyan təklifləri Ukraynanın şərq məntəqələrində təsirli deyil.
O deyib: Hazırkı böhrandan yeganə çıxış yolu Ukraynada federal hökumətin yaradılmasıdır və ya ən azından Luqansk və Donetsk bu formada idarə olunmalıdır.
Xatırladaq ki, Kiyev rəsmiləri bu iki məntəqə rəsmilərini böhrandan çıxış yolu tapmaq üçün müzakirələrə dəvət etmişdilər.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır