16 may 2014 - 11:37
İran və 5+1 Qrupu arasında nüvə müzakirələrinin 3-cü günü

İran İslam Respublikası və Altılar Qrupu arasındakı dördüncü dövr nüvə müzakirələrinin üçüncü günündə tərəflər Vyanada danışıqlara başlayıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikası və Altılar Qrupu arasındakı dördüncü dövr nüvə müzakirələrinin üçüncü günündə tərəflər Vyanada danışıqlara başlayıblar.

İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı və ABŞ dövlət katibinin müavini Vendi Şerman İran və Altılar Qrupu arasındakı nüvə müzakirələri çərçivəsində bu gün səhər Vyanada görüşüb, danışıqlar aparıblar.

Həmçinin, İraqçı üç Avropa ölkəsi xarici işlər nazirləri müavinləri ilə də görüşüb, danışıqlar aparıb.

İran İslam Respublikası və Altılar Qrupu arasındakı nüvə müzakirələrinin dördüncü turu hərtərəfli anlaşma sənədinin ilkin mətninin hazırlanması istiqamətindədir.

İranın xarici işlər naziri və müzakirə heyətinin üzvü Seyid Abbas İraqçı cümə axşamı Vyanada jurnalistlər qarşısında verdiyi açıqlamada müzakirələrin mürəkkəb və çətin amma, eyni zamanda irəliyə doğru olduğunu deyərək, vurğulayıb: Danışıqlar xoşməramlılığa əsaslanan bir atmosferdə aparılır.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags