15 may 2014 - 05:00
Putinlə Lukaşenko Ukraynanın işğalını razılaşdırdılar

Rusiyalı müxalif siyasətçi Valeriya Novodvorskaya Rusiya və Belorusun Ukraynanın işğal etmək barədə razılığa gəldiklərini bildirib. xanım siyasətçi bununla bağlı verdiyi açıqlamasında deyib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyalı müxalif siyasətçi Valeriya Novodvorskaya Rusiya və Belorusun Ukraynanın işğal etmək barədə razılığa gəldiklərini bildirib.

Xanım siyasətçi bununla bağlı verdiyi açıqlamasında deyib.Putin və Lukaşenko rus qoşunlarının Belorus ərazisindən Ukraynaya soxulması ilə bağlı razılığa gəliblər”, - deyə Novodvorskaya bildirib.Novodvorskayanın sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinova söz verib ki, belə bir hal baş verməyəcək: “Siz “Batka”nın (Lukaşenko - red) sözlərinə inanırsız? O, bütövlüklə Rusiyanın əlindədir. Əgər Rusiya olmasa o, bir gün belə hakimiyyətdə qala bilməz”.

Axar.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər