13 may 2014 - 13:13
İnqilab Rəhbəri: İran xalqının qarşısında ABŞ və digər qüdrətlər heç nə edə bilməzlər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü İlam ostanının müxtəlif xalq kütlələrindən minlərlə insanla görüşüblər. Həzrət Əlinin (ə) səadətli viladəti münasibəti ilə xalqı təbrik edən İnqilab Rəhbəri deyiblər: Potensialların aktivləşdirilməsi və daxili potensiala təmərküzləşməklə ABŞ və digər beynəlxalq qüdrətlər istər hərbi, istərsə də qeyri-hərbi vasitə ilə heç vaxt İran xalqına təzyiq göstərə bilməyəcəklər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü İlam ostanının müxtəlif xalq kütlələrindən minlərlə insanla görüşüblər. Həzrət Əlinin (ə) səadətli viladəti münasibəti ilə xalqı təbrik edən İnqilab Rəhbəri deyiblər: Potensialların aktivləşdirilməsi və daxili potensiala təmərküzləşməklə ABŞ və digər beynəlxalq qüdrətlər istər hərbi, istərsə də qeyri-hərbi vasitə ilə heç vaxt İran xalqına təzyiq göstərə bilməyəcəklər.

"Qüdrətlər bilməlidirlər ki, İran xalqı diz çökməyəcəkdir. Çünki İran xalqı var olan xalqdır və bu ölkə gəncləri doğru yolda hərəkət etməkdədir" –deyə İnqilab Rəhbəri bildiriblər.

Müqavimət İqtisadiyyatının bütün siyasətlərinin icra olunması, daxili istedad və potensiala arxalanmağı iqtisadi problemlərin həlli üzrə doğru yol adlandıran İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Gənclərin istedadı və yaradıcılığına arxalanan hər bir yerdə inkişaf yolu yaranmışdır. Belə ki, nüvə, dərman, ana hüceyrələr, nano-texnologiya, müdafiə sənayesi üzrə inkişaflar bu reallığın bariz nümunələridir.

 

İran gənclərinə bəzi məhdud və qeyri-real baxışlara və mövcud bəzi qeyri-düzgün normalara təmərküz etməyə toxunan İnqilab Rəhbəri xatırladıblar: İran xalqı və gənclərinin norması dini norma və islam, Quran, mənəviyyat, vətən və milliyyətdir və bu məsələni heç vaxt görməməzliyə vurmaq olmaz.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin ictimaiyyətin həqiqi səadətinin təmin olunması üçün Həzrət Əlinin (ə) dərslərindən birini məişətin yaxşılaşması və xalqın iqtisadi probleminin həlli çərçivəsində səyin göstərilməsi adlandırıb və bildiriblər: Bu məqsəd hazırkı şəraitdə çoxlu daxili potensialları aktivləşdirmək və ölkənin gənc istedadlarına arxalanmaq üçün düzgün proqramlaşdırma yolu ilə mümkündür.

"Belə bir şəraitdə ölkə maddiyyat, ruhi və əxlaqi, beynəlxalq imic, izzət və milli etimad baxımından inkişaf edəcək və xarici düşmənlərin minnətindən xilas olacaqdır" –deyə İnqilab Rəhbəri əlavə ediblər.

Bəyanatının davamında Həzrət Əlinin (ə) şəxsiyyətinin misilsiz cəhətlərindən birini o həzrətin fərdi, ictimai və hökumət metodu adlandıran İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Əmirəl-möminin Əli (ə) çox geniş və sərvətli ölkəyə malik və böyük və iqtidarlı hakim olduğu zaman ehtiyaclı bir insan kimi, çox sadə bir evdə yaşayır və haqq, ədalət və ilahi hökmlərin icrasını yerinə yetirir və böyük işlər həyata keçirirdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tehran Radiosu

Etiketlər