5 may 2014 - 06:23
Şeyx Səlahəddin Özgündüz Elşad İskəndərovdan danışdı

İslamazeri.az-a münasibət bildirən Türkiyə şiələrinin liderlərindən olan, tanınmış ilahiyyatçı alim Höccətül-İslam vəl Muslimin Səlahəddin Özgündüz DQİDK-nin sabiq sədri Elşad İskəndərovun işdən çıxarılması, onun haqqında yayılmış xəbərlərə toxunub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,

Səlahəddin Özgündüz DQİDK-nin sədri Elşad İskəndərovun işdən çıxarılmasından danışıb

İslamazeri.az-a münasibət bildirən Türkiyə şiələrinin liderlərindən olan, tanınmış ilahiyyatçı alim Höccətül-İslam vəl Muslimin Səlahəddin Özgündüz DQİDK-nin sabiq sədri Elşad İskəndərovun işdən çıxarılması, onun haqqında yayılmış xəbərlərə toxunub.

Səlahəddin Özgündüz Elşad İskəndərovun ölkəsinə sadiq olduğunu bildirərək deyib: "Elşad İskəndərov heç kimin adamı deyildi, yaxından tanıdığım biri kimi o, ölkəsinin və dövlətinin adamıydı, öz dövlətindən başqa heç kəsdən göstəriş alacaq şəxs deyildi".

Elşad İskəndərovun işdən uzaqlaşdırılmasıyla bağlı açıqlamasına da işarə edən Səlahəddin Özgündüz sözlərini belə davam edib: "İşdən uzaqlaşdırıldıqdan sonra verdiyi açıqlamanı da təqdirə layiq hesab edirəm. Zatən iş başında olanda da bu cür idi. Dini işlərlə bağlı işin rəhbərliyində olan şəxs kimi bütün dini çevrələrlə dioloqun və rabitənin olması təbii və yerində bir addımdır. Ölkəsində cinayətkar ünsürlər varsa, onlarla mübarizə etmək dövlətin səlahiyyətli qurumlarının işidir. Dövlətin cinayətkar qruplaşma kimi gördüyü şəxs və qurumlarla əlaqəsinin olmasını düşünmürəm"

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

İslamazeri.az

Etiketlər