Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün İran İslam Respublikasının Qum əyalətində, 8 illik Müqəddəs Müdafiə illərinin naməlum Şəhidinin dəfn mərasimi keçirilib.
İmam Həsən Əskəri (əleyhi səlam) adına Məscidən başlayaraq həzrəti Fatiməyi Məsumənin (səlamullahi əleyha) pak hərəmində sona bitən dəfn mərasiində İİR ictimaiyyətinin müxtəlif təbəqələrindən olan minlərlə vətəndaş iştirak edib.
Şəhidə meyyit namazını Xanım Fatiməyi Məsumənin (səlamullahi əleyha) hərəminin müdiri, Qum şəhərinin Müvəqqəti İmam Cüməsi, Ayətullah Seyyid Səidi cənabları qılıb.
İran İslam Respublikasının xariici təcavüzkarlara qarşı 8 illik Müqəddəs Müdafiə illərinin gövhərlərindən olan naməlum Şəhid mərasimdən sonra torpağa bastırılmaq üçün Qum əyalətinin Hərbi Komandanlıq idarəsinə aparılıb.










ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır