3 may 2014 - 15:41
Hammıya Nümunə Ola Biləcək İnsan

Belə ki, İraq Polis maşını dayanaraq yaşlı qadını maşına mindirərək səsvermə məntəqəsinə aparmaq istəyib. Lakin polis zabiti bildikdə ki, yaşlı qadın, maşının hündür olduğu cəhətindən maşına minməkdən acizdir və əziyyət çəkir aşağı düşərək yaşlı qadın qarşısında yerə uzanır və yaşlı qadın da polis zabitinin belinə ayaq qoyaraq maşına minib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən həftə İraq xalqı ölkənin ABŞ tərəfindən işğal olunduğu gündən bu tərəfə ilk dəfə olaraq, İraq Milli Məclisinə nümayəndə seçmək üçün səlahiyyətli şəxslərə səs vermək məqsədilə hammı bir nəfər kimi seçkilərdə iştirak edib.

Bu arada İraq Polis əməkdaşlarından naməlum bir nəfəri seçkilərdə iştirak etmək məqsədi ilə səsvermə məntəqəsinə yollanan yaşlı qarı qarşısında gözəl və təqdirəlayiq bir addım atıb.

Belə ki, İraq Polis maşını dayanaraq yaşlı qadını maşına mindirərək səsvermə məntəqəsinə aparmaq istəyib. Lakin polis zabiti bildikdə ki, yaşlı qadın, maşının hündür olduğu cəhətindən maşına minməkdən acizdir və əziyyət çəkir aşağı düşərək yaşlı qadın qarşısında yerə uzanır və yaşlı qadın da polis zabitinin belinə ayaq qoyaraq maşına minib.

Adı və kimliyi dəqiq məlum olmayan bu polis zabitinin gördüyü iş, müxtəlif sosial şəbəkələrdə, o cümlədən İraq mediyasında böyük əkssəda yaradıb.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər